Suraxanı rayonu Zığ bələdiyyəsinin yaydığı məlumata görə, “Yerli Demokratiya həftəsi” çərçivəsində bələdiyyədə “Açıq Qapı günü” elan edilib. Bununla bağlı gün ərzində bələdiyyəyə müraciət edənlərin sayı on nəfəri keçib. “Demokratiya həftə”sinin sonunadək sakinlərin qəbulu davam etdirləcək.
Müraciət edənlərin əksəriyyəti sosial-məişət problemlərin həlliylə bağlı məsələlərin həllini bələdiyyədən xahiş ediblər.
Qeyd edək ki, Zığ bələdiyyəsi yeni seçilmiş sədri Kənan Nəsrullayevin təşəbbüsü ilə son bir ay ərzində ilk olaraq qulluqçuların normal fəaliyyəti üçün inzibati binada təmir işlərini yekunlaşdırıb.
Bələdiyyənin müvafiq şöbəsi isə ərazidə sənədsiz mənzillərin qeydiyyatını başa çatdırmaq üzrədir. Bu günədək 1200 mənzilin sənədləri toplanaraq uçota alınıb.
Bu gün bələdiyyənin əsas məqsədi sakinlərin sosial problemlərinin həllinə çalışmaqla yanaşı, həmdə keçmiş sədrlərin yaratdığı borcların silinməsinə çalışmaqdır.
Belediyye.info